Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında iştirak etmək üçün səfər etdiyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində baş tutub.