Təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün Ermənistana gedib.
"Unikal" xəbər verir ki, KTMT mətbuat xidmətinin məlumatına görə, “sentyabrın 20-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən, Missiya KTMT-nin baş katibi Stanislav Zasın rəhbərliyi ilə gəlib.
Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.