Türkiyədə qəzaya uğrayan helikopterdə ümumlikdə 7 nəfər olub. Onlardan iki nəfər Rusiya, beş nəfər isə Türkiyə vətəndaşı olub.

"Unikal"ın məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

17:48

Xəbər verdiyimiz kimi, Türkiyənin Marmaris şəhərində meşə yanğınları başlayıb. 

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, yanğını söndürmək üçün Kastamonudan havaya qalxan Rusiyaya məxsus helikopter qəzaya uğrayıb. 

Helikopterin Denizli bölgəsinin Çardak mahalı yaxınlığında qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

İddia olunur ki, vertolyot yanacaq doldurmaq üçün Çardaka enərkən qəzaya enişi edib. 

Ağarza Elçinoğlu