"Qazaxıstan səfərbərlikdən yayındığı üçün axtarışda olan vətəndaşlarını Rusiyaya təhvil verəcək".
"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov deyib.
"Qazaxıstan səfərbərlikdən yayındığına görə axtarışda olan şəxsləri Rusiyaya ekstradisiya edir", - Axmetjanov bildirib.
Bundan əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyi 98 minə yaxın rusiyalının ölkəyə daxil olduğunu (64 min nəfərin isə tərk etdiyini) bildirmişdi.
Gülayə Mecid