Somalinin paytaxtı Moqadişu şəhərində hökumət rəsmilərinin qaldığı hotelə hücum edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Hücum edən şəxslərin "Əş-Şəbab" terror qruplaşmasının üzvləri olduğu bildirilir.

Qruplaşma üzvləri Somali prezidentinin sarayına yaxın olan “Villa Rose” hotelinə partlayıcı və silahla basqın ediblər. Hücum edənlərin sayı açıqlanmayıb.

Hadisə zamanı Somalinin daxili işlər nazirinin yaralandığı qeyd olunur.