Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.

“Biz (Misir Prezidenti ilə - red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulaylb.

Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.