“Skuterlərin sürəti 60 km saat çərçivəsindədir”.
"Unikal" xəbər verir iki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.
Deputat bildirib ki, bu gün şəhərdə skuterlərdən istifadə olunur: “Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə oluna bilər. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar".
Milli Məclisin sədri Sahibə Qafarova isə sual verib ki, skuterin sürətinin göstəricisi var? Daha sonra “elə deyirsiz ki, elə bil skuter sürürsünüz”, - deyə spiker bildirib.
Anar Kəlbiyev