Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

23:30

Polşa və Baltikyanı ölkələrin Rusiya taxılının ixracı ilə bağlı mövqeyinə görə Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqini təxirə sala bilər.

"Unikal" xəbər verir ki, dekabrın 15-də axşam Aİ ölkələrinin daimi nümayəndələrinin yeni iclası keçirilib, gündəliyə iki bənd daxildir, hər ikisi yeni anti-Rusiya sanksiyalarına aiddir. 

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu yaxınlarda təsdiqləyib ki, Aİ xarici işlər nazirləri Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar “sonra veriləcək”, blok bu həftənin sonuna qədər Rusiya Federasiyasına məhdudiyyətlər barədə razılığa gəlməyə ümid edir.

Bloomberg qeyd edib ki, anti-Rusiya sanksiyaları Aİ iqtisadiyyatının sektorlarının yalnız kiçik bir hissəsinə təsir edib, Avropa regionu ölkələri isə onlardan dəyən ziyanı kompensasiya etmək üçün 525,5 milyard avro (554 milyard dollar) xərcləyib. Aİ iqtisadiyyatına daha çox təsir Rusiyanın cavab məhdudiyyətləri ilə bağlı olub. Məsələn, çiplərin istehsalında lazım olan neon və ksenon kimi nadir qazların tədarükü kəskin şəkildə azalıb.

Gültəkin Ələsgər