Peru hökuməti keçmiş prezident Pedro Kastilonun ailəsinə sığınacaq verən Meksikanın Limadakı səfirini persona-non-qrata (arzuolunmaz şəxs) elan edib.
"Unikal" xəbər verir ki, Perunun xarici işlər naziri Ana Gervasi açıqlamasında Meksikanın Limadakı səfiri Pablo Monroy Konesaya ölkəni tərk etmək üçün 72 saat vaxt verildiyini açıqlayıb.
Gervasi bildirib ki, bu qərar Meksika hökumətinin Perudakı siyasi vəziyyətlə bağlı “təkrarlanan və müdaxilə edən hərəkətləri” səbəbindən qəbul edilib.
Bildirilib ki, Kastilonun həyat yoldaşı və uşaqları Limadakı Meksika səfirliyinə gedərək bu ölkədən sığınacaq istəyiblər.
Kastilyonun dekabrın 7-də Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda həyatını itirənlərin sayı 26-ya yüksəlib.
Ölkənin bir çox şəhərində küçələrə çıxan minlərlə insan yeni prezident Dina Boluartenin istefasını və həbsdə olan Kastilonun azadlığa buraxılmasını tələb edir.
Gülayə Mecid