Kambocanın Poipet şəhərində yerləşən Grand Diamond City kazinosunda güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb. Daha 30 nəfər yanıq və tüstüdən zəhərlənib. 

Hotelin içərisindən 400-ə yaxın insan təxliyə edilib, onların arasında əcnəbilər də var.

Ağarza Elçinoğlu