Moskvada Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktoru, general-leytenant Anatoli Yelizarovun başına buz parçası düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Başından ciddi xəsarət alan general xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin silkələnməsi, açıq kəllə-beyin zədəsi, başın yumşaq toxumalarının əzilməsi və boyun onurğasının zədələri diaqnozu qoyublar.
Moskva polisi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər faktı üzrə cinayət işi açıb.
Gülayə Mecid