"Dövlət qulluqçularının aldığı əmək haqqı aşağıdır. Həmçinin, ştat həddindən artıq şişirdilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini, deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, dövlət müəssisələrində ştat şişirdilib: "Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Dövlət qulluqçularının sayını azaltmaq, ixtisar olunanların hesabına onların əmək haqqını artırmaq lazımdır. Dövlət qulluqçusuna aşağı əmək haqqı veriləndə o, mütləq vətəndaşı incidəcək. Həmçinin, süründürməçilik, bürokratiya, korrupsiya, əliəyrilik olacaq. Bu məsələləri gündəmə gətirməliyik".
Anar Kəlbiyev