Serbiya zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.
"Unikal" xəbər verir ki, 27 nəfərlik qrup artıq zəlzələnin fəsadlar törətdiyi bölgələrdəki axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabında çoxlu sayda insan tələfatına səbəb olan şiddətli zəlzələ ilə əlaqədar Türkiyə və Suriya xalqlarına təkrar başsağlığı verib. A.Vuçiç Serbiyanın bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün texniki dəstəklə yanaşı, humanitar yardım da göstərməyə hazır olduğunu vurğulayıb.