Tarixçi Prof. Dr. İlber Ortaylı, Kahramanmaraş zəlzələsi ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, sosial media hesabından açıqlama verən Prof. Dr. İlber Ortaylı tikinti şirkətlərinə zəng etdiyini bildirib.
"Türkiyə inşaat sənayesinin inkişafı üçün böyük səylər göstərdi. Bütün sərvətimiz orada cəmləşib. İndi hamı millətə borcunu ödəməlidir. Onlar yəqin ki, yardım qruplarından, vətəndaş təşkilatlarından və ya xarici şirkətlərdən, xilasetmə qruplarından daha çox coğrafiya və məmləkət bilirlər. Onların köməkləri daha yüksək olmalıdır. Bunun üçün də ilk olaraq oradan dəstək gözləyirik. Allah hamımıza kömək olsun",- deyə o, ifadə edib.