Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində Hatayda uçan binanın dağıntıları altında qalan 2 yaşlı oğlan 44 saat sonra xilas edilib.
"Unikal" xəbər verir ki, dağıntılar altında susuz qalan körpəyə butulkanın qapağı ilə su verilib. Həmin görüntülər sosial mediada gündəm yaradıb.
Daha sonra isə xilasedicilər Məhəmməd adlı uşağı dağıntılar altından çıxarılıb.
Fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. İki zəlzələ Kilis, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Zəlzələlərdə minlərlə insan həyatını itirib. Sağ qalanların axtarış-xilasetmə işləri davam edir.
Gülayə Mecid