Zəlzələ bölgələrindəki su anbarları dərhal nəzarət altına alınıb.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlayıb.
Onun sözlərinə görə, bir anbar xaricində digər bütün su bəndləri zədələnməyib: "Tək bir bəndimiz var: Malatyada Sultansuyu su anbarı. Çatlaqlar olsa da, hələlik su sızması olmayıb. Ehtiyat məqsədi ilə suyu yavaş-yavaş boşaltmağa başlamışıq. Sadəcə sel riskindən qaçınmaq üçün tədbir alırıq", - deyə Oktay qeyd edib.
Onu da deyək ki, sözügedən bəndin gövdə həcmi 3.205.000 m³, çay yatağından 60 metr hündürlükdə yerləşir.
Türkiyədə baş verən şiddətli zəlzələdə Malatyada 300 bina dağılıb. Hadisə nəticəsində 166 nəfər ölüb, 3298 nəfər xəsarət alıb.
Ağarza Elçinoğlu