Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini siyasətdən getməyə və “Gürcüstanı girov saxlamağa son qoymağa” çağırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə bəyanat yayıb.
"Saakaşvili birdəfəlik öz cinayətlərini etiraf etməli, siyasətdən getmək şərti ilə ölkəni və müxalifəti girov saxlamağa son qoymalıdır”, - Zurabişvili vurğulayıb.
Bundan əvvəl Saakaşvilinin partiya üzvləri Gürcüstan parlamentinin işini boykot edəcəklərini və mandatlardan imtina edəcəklərini bəyan etmişdilər.
Gülayə Mecid