Şimali Koreya prezidenti Kim Çen In Türkiyənin 10 əyalətində və Suriyanın şimalında böyük dağıntılara səbəb olan zəlzələlərlə bağlı Dəməşqə başsağlığı mesajı göndərib.
"Unikal" xəbər verir ki, Suriya lideri Bəşər Əsədə başsağlığı verən Kimin Türkiyədən yan keçməsi diqqət çəkib.
Suriyada ölənlərin sayı 2500-ü ötüb, yaralananların ümumi sayı 5 minə yaxınlaşıb.
Digər tərəfdən dünən ailəsi ilə birlikdə paytaxt Pxenyanda Koreya Xalq Ordusunun 75-ci ildönümü tədbirinə qatılan Kim Şimali Koreyanın hərbi gücünü artıracaqlarını təkrarlayıb.