"Ukrayna Rusiya ilə müharibədə qalib gəlməlidir". 

"Unikal" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Tərəddüd etmədən və güzəştə getmədən dünya Putinsiz daha yaxşı olardı”, - Pistorius əlavə edib.

Qeyd edək ki, fevralın 7-də axşam saatlarında Pistorius Kiyevə elan olunmamış səfər edib və burada Volodimir Zelenski və Ukraynanın müdafiə naziri Aleksey Reznikovla danışıqlar aparıb.

Pistorius ukraynalı həmkarı ilə söhbəti zamanı Reznikova "Leopard 2" tankının oyuncaq maketini hədiyyə edərək, Kiyevin gələcəkdə daha çox belə tank alacağını qeyd edib. 

Gülayə  Mecid