Kahramanmaraşda güclü zəlzələ nəticəsində dağılmış binanın altından 8 yaşlı qız 61 saat sonra sağ çıxarılıb.
"Unikal" xəbər verir ki, 8 yaşlı Zübeydə adlı qız onu xilas etməyə çalışan komanda üzvlərindən kömək istəyib. Belə ki, o, qardaşının dağıntılar altında olduğunu bildirərək, onun xilas edilməsini istəyib.
"Qardaşım balacadır, ölə bilər. Yanımda yatırdı. Adı Mehmet Tahadır, mənim adım isə Zübeydədir", - deyə xilasedicilərə səslənib.
İlkin tibbi yardım göstərilən balaca Zübeydə xəstəxanaya aparılıb. Ərazidə isə axtarış işi davam etdirilir.
Gülayə Mecid