Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində iş gedir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib.
"Biz mövcud stabilləşdirmə tədbirləri çərçivəsində gələcək hərəkət üçün platformalar və formatın təmin edilməsi baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - Ryabkov bildirib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün bəyan etmişdi ki, erməni tərəfi üçtərəfli görüşə hazırdır.
Gülayə Mecid