Xoy şəhərində 4 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvarın 18 və 28-də də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş vermişdi.