Ardıcıl zəlzələlərin vurduğu şəhərlər arasında yer alan Qaziantepin İslahiye rayonunda dağılmış binanın dağıntıları arasında qalan 23 yaşlı Yiğit Akar 89 saat sonra sağ-salamat xilas edilib.
"Unikal" xəbər verir ki, Yiğit Akar onu xilas edən komanda üzvlərinə verdiyi sualla təbəssüm yaradıb.
Belə ki, o, "Binanın qarşısında ağ bir avtomobil var idi, necədir?" ,- deyə sual verib. Komandalar isə cavabında "İndi onu axtararıq" deyib. Gənc oğlan xəstəxanaya yerləşdirilib.