Diyarbəkirdə fevralın 6-da baş verən zəlzələdən 17 saniyə əvvəl səmada görünən və yerə doğru hərəkət edən müəmmalı işıq diqqət çəkib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anı anbaan kameralara əks olunub. Belə ki, təbii fəlakətdən 17 saniyə əvvəl səmada yaranan işıq vahiməyə səbəb olub.
Fırat Universiteti Geologiya Mühəndisliyi Bölümünün müəllimi Prof. Dr. Ercan Aksoy Elazığ zəlzələsi zamanı Hazar gölünün yaxınlığında görünən işığın səbəbini açıqlayıb.
Episentri Sivrice qəsəbəsində olan 6,8 bal gücündə zəlzələdə 50 santimetrlik yerdəyişmə olduğunu bildirən Aksoy, "Hazırda qırılma yerindən tərpənərək zəlzələ yaradır, qırılma zonasındakı mineralların uzanması nəticəsində qırılma zonasındakı süxurların elektrik xassələri dəyişdiyindən parıltı yaranır. Bu, şimşək çaxması ilə eyni vəziyyətdir",- deyə cavab verib.