Türk televiziya tarixində bir ilk yaşanacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star", "ATV", "FOX", “Show”, "Kanal D", "Tv8", "Kanal 7" telekanalları ortaq yayım edəcəklər.
Kanallar fevralın 15-də 21:00-03:00 saat aralığında zəlzələ qurbanları üçün yardım toplayacaq.
Qeyd edək ki, "TRT1" kanalının iştirakı isə sabah bəlli olacaq.