İrəvanın mərkəzində silahlı atışma baş verib.
"Unikal" xəbər verir ki, hadisə "Platinum" ticarət mərkəzinin qarşısında olub.
Məlumatına görə, bir nəfər xəsarət alıb.
Hadisə yerində polis 8 giliz tapıb.
38 yaşlı ticarət mərkəzinin direktoru Robert M güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.