ABŞ-ın avtomobil istehsalçısı "Ford", artan xərcləri əsas gətirərək qarşıdakı 3 ildə Avropada məhsulun inkişafı və idarə edilməsi sahəsində çalışan 3800 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
"Unikal" xəbər verir ki, "Ford" Almaniyada təxminən 2300, İngiltərədə 1300 və Avropanın qalan hissəsində 200 iş yeri ixtisar etməyi planlaşdırdığını bildirib. Həmçinin, şirkət buişdən çıxarmaları könüllü getmə proqramı vasitəsilə etməyi hədəflədiyini açıqlayıb.