Kahramanmaraşın Onikisubat rayonunda baş verən zəlzələdə dağıntılar altında qalan Məhərrəm və Hidayət Polat cütlüyü 202 saat sonra xilas edilib.
"Unikal" NTV-yə istinadən xəbər verir ki, günlər sonra gün üzünə çıxan cütlük xəstəxanaya yerləşdirilib.
Belə ki, Məhərrəm Polat dağıntılar altında yaşadıqlarını yerli KİV-ə danışıb. Zəlzələ baş verən zaman telefonunu itirdiyini izah edən Polat, "Zəlzələnin ilk günündə telefonlar yox idi. Zəngli saatı 08.45-ə qoymuşdum. Siqnal çalanda telefon çarpayının altında olduğunu gördüm. Çarpayı qaldırıb telefonu aldıq, işığı ilə övladlarımızı axtarmağa çalışdıq", - deyə ifadə edib.
2 övladının dağıntılar altında həyatını itirdiyini və 6 aylıq körpələrini qucağında saxlamaq üçün çox çalışdıqlarını ifadə edən Polat, “Körpəmiz ac idi. Ətrafda yalnızca vazelin var idi. Onu əridib övladımıza yedizdirdik. Həyat yoldaşım halsız idi. Daha sonra 6 aylıq Muhammet Alparslanı ağzımdan çıxardığım tüpürcəklə yedizdirdim. Günlər keçdikcə o taqətdən düşürdü. Körpəm 5-ci gündə qucağımda öldü. Səhərə yaxın ürəyi dayandı", - vurğulayıb.
Seymur Əli