Naməlum şəxs Səudiyyə Ərəbistanının Əlcəzairdəki səfirliyini partlatmaqla hədələyib.
"Unikal" xəbər verir ki, təcavüzkar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, diplomatik şöbəyə bomba hədəsi ilə zəng gəlib. Qeyd olunur ki, asayiş keşikçiləri zəng vuran şəxsi “rekord qıran” qısa müddətdə saxlayıblar.
İsveçrə polisi bu ərəfədə partlayış təhlükəsi ilə əlaqədar parlamentin deputatlarını və hökumət üzvlərini Federal Sarayın binasından təxliyə edib. “Neue Zürcher Zeitung” qəzetindəki mənbələrin məlumatına görə, polis Federal Sarayın qarşısındakı meydanı və ona bitişik küçələri mühasirəyə alıb, həmçinin deputatları, hökumət üzvlərini və sarayın yaxınlığında yerləşən bank işçilərini təhlükəsiz yerə aparıb. Daha sonra şübhəli şəxs həbs edilib.