10-12 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Antalya Diplomatiya Forumu məlumat yayıb.
“Sülh və Nizam Naminə Effektiv Diplomatiya” movzusunda keçirilməsi nəzərdə tutulan forumun, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar bu ilin sonunda keçirilməsi nəzərdə tutulub.
“Təəssüflər olsun ki, fevralın 6-da əsrin ən dağıdıcı təbii fəlakətlərindən biri olan Türkiyədə iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Böyük axtarış-xilasetmə səyləri, humanitar yardımlar davam etsə də fəlakətin təsiri böyükdür və uzun müddət hiss olunacaq. Tukiyə üçün indi zərərə məruz qalanlara kömək etmək və bölgənin yenidən qurulmasına diqqət yetirməyin vaxtıdır. Bu şəraitdə biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunub.