Rusiyanın Saxalin bölgəsində radardan itən Robinson "R-44" helikopteri sərt eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat dərc edib. 

Hadisə zamanı hava maşınında olan 3 nəfərdən ikisi ölüb, 1 nəfər ağır yaralanıb. 

"Krasnaya dağının şimal-şərqində tapılan helikopterin qəzaya uğramasının səbəbi pilotun səhlənkarlığı ola bilər. Helikopter qayaya çırpılıb", - deyə qeyd edilib. 

***11:15

"Rusiyanın Saxalin bölgəsində "Robinson" helikopteri radarlardan itib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidməti məlumat dərc edib. 

Məlumata görə, həyəcan siqnalı verdikdən sonra, Krasnaya dağının şimal-şərqində hava nəqliyyatı ilə əlaqə kəsilib.

Helikopterin göyərtəsində üç nəfər olub və yerüstü xilasetmə qrupu artıq onların axtarışına başlayıb. 

Ağarza Elçinoğlu