Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığının bəyan edilməsi, mübaliğəsiz, tarixi əhəmiyyət kəsb edən sənəddir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarovanın sözlərinə görə, bu, iki dövlət arasında münasibətlərin yeni keyfiyyətini qeyd edib: "Bütün sahələrdə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri həm regionda, həm də beynəlxalq arenada sabitləşdirici amildir. Moskva və Bakı həmin sənədin müddəalarının həyata keçirilməsi üzərində işləyir".
Diplomat həmçinin bildirib ki, bəyannamənin imzalanmasının birinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub.
Qryd edək ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin 2022-ci il fevralın 22-də Moskvada iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar.
Ağarza Elçinoğlu