ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevral ayının 19-da Türkiyəyə səfər edcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"ABŞ dövlət katibi Antoni Blinken Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün 19-20 fevral 2023-cü il tarixlərində ölkəmizə səfər edəcək. Onun bir tədbir keçirməsi nəzərdə tutulur. Fevralda Ankarada nazirimizlə ikitərəfli görüş baş tutacaq", - XİN-in mətbuat xidmətindən bildirilib.
Ağarza Elçinoğlu