Çində karxanalardan birində çökmə baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat dərc edib. 

Məlumata görə, hadisə nəticəsində azı 57 nəfər itkin düşüb. Hazırda onların yerin altından çıxarılması istiqamətində işlər görülür. 

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb. 

Ağarza Elçinoğlu