Ukraynada xalq deputatı Aleksandr Truxin mandatından istefa verib.
"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, deputat artıq istefa ərizəsini yazıb.
"Müvafiq qətnamə artıq Ali Radanın prosessual komitəsi tərəfindən təqdim olunub və zal növbəti iclasda ona baxacaq", - deputat Yaroslav Jeleznyak deyib.
Qeyd edək ki, siyasətçinin istefasına səbəb kimi 23 avqust 2021-ci ildə törətdiyi qəza göstərilib. Məhkəmə deputatın sərxoş vəziyyətdə avtomobil idarə edərək qəzaya səbəb olmasını, nəticədə isə 6 nəfərin yaralandığını açıqlayıb.
Ağarza Elçinoğlu