Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının ( MHP ) lideri Dövlət Baxçalı öz Twitter səhifəsində hökumət əleyhinə şüarlara münasibət bildirib.
"Unikal" xəbər verir ki, şəbəkədə Türkiyə çempionatının 23-cü turunun “Fənərbaxça” – “Konyaspor” (4:0) matçında azarkeşlərin hazırkı hökuməti istefaya çağıran şüarlar səsləndirdiyi videolar yayılıb. Baxçalı buna reaksiya verərək futbol matçlarının azarkeşsiz keçirilməsini təklif edib.
Baxçalı yazıb: “Qalatasaray-Alanyaspor və Beşiktaş-Alanyaspor matçlarında oxşar istefa çağırışları eşidilsə, futbol klublarımızın tələyə düşdüyü üzə çıxacaq”.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə hakimiyyəti 42 mindən çox insanın ölümünə səbəb olan silsilə zəlzələlərin nəticələri fonunda may ayında prezident və parlament seçkiləri keçirmək planlarından imtina etməyə hazırlaşır. Qeyd olunur ki, dövlət lideri Rəcəb Tayyib Ərdoğanın hökuməti yayda səsvermə təşkil etmək niyyətindədir.