Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
"Unikal" xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal bildirib.
Kiyev məhkəmədə Moskvanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin Rusiyaya verilməsi məsələsinə baxılmasını tələb edəcək.
"Biz İranın hərbi cinayətlərin törədilməsində iştirakından narahatıq və Tehranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq", - Şmıqal bildirib.