ABŞ-da hipersəs raketləri üçün izləmə sistemi yaradılacaq.
"Unikal" xəbər verir ki, Raytheon Technologies şirkəti kosmos inkişafı agentliyindən aşağı orbitli peyklər bürcünün hazırlanması üçün sifariş alıb.
Şirkətdən bildiriblər ki, müqavilənin dəyəri 250 milyon dollar qiymətləndirilir. Yeni peyklər qrupu ABŞ Müdafiə Departamentinin Proliferated Warfighter-in ümumi arxitekturasının bir hissəsinə çevriləcək.
“Raytheon Technologies” qeyd edib ki, aşağı Yer orbitində inkişaf ABŞ ordusunun müxtəlif təhlükələri, o cümlədən hipersəs raketlərini izləmək qabiliyyətini artıracaq.