ABŞ prezidenti Co Bayden 2024-cü ildə Pentaqonun büdcəsinin 842 milyard olmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, bu, ABŞ Müdafiə Nazirliyinin 2023-cü il büdcəsindən 26 milyard dollar və ya 3,2% çoxdur, ABŞ-ın hərbi xərcləri üçün rekord məbləğdir.
Büdcə layihəsində qeyd edilir ki, Pentaqonun Sakit okeanda Çinin təsirini və genişlənməsini cilovlaması üçün 9,1 milyard dollar lazım olacaq. Bundan əlavə, ABŞ nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dollar xərcləmək niyyətindədir.