Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskiyə "Oskar" mükafatının verilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü "Telegram" hesabında yazıb. 

Zaxarovanın sözlərinə görə, ABŞ Kino Akademiyası Amerikanın qorxulu serialında canavar rolunu oynadığına görə Zelenskiyə "Oskar" verməlidir. 

Qeyd edək ki, "Oskar" mükafatının təqdimetmə mərasimində Ukrayna liderinə videomüraciət etmək imkanı verilməyib. 

Ağarza Elçinoğlu