Ermənistanda ötən il qeydə alınan cinayətlərin sayı 7 min artıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə ölkədə 37 600-dən çox cinayət faktı qeydə alınıb ki, onların arasında xüsusilə ağır cinayətlərin sayı artıb.
Məişət zorakılığı hallarının sayı 140-dan çox azalıb. Ermənistan ordusunda cinayətlərin sayı təxminən 380-ə yaxın azalıb və keçən il təxminən 1700 belə fakt qeydə alınıb.