Parisdə pensiya islahatlarına qarşı etirazlar zamanı polislə toqquşma olub.
"Unikal" xarici KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçılara qarşı əl dəyənəkləri və gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər arasında aparıcı həmkarlar ittifaqlarının nümayəndələri, nəqliyyat, energetika, sənaye və digər sahələrdən olan işçilər, tibb işçiləri, müəllimlər və başqalarının olduğu bildirilir.
Qeyd edək ki, radikallar da polisə "molotov kokteyli" və fişənglər atıb.
Hazırda minlərlə etirazçı Bastiliya meydanına toplaşıb.
Ağarza Elçinoğlu