Amerikanın nüvə bombardmançısı Polşa qırıcıları ilə birlikdə Rusiya sərhədi boyunca uçub.
"Unikal" xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini Mariuş Blaşçak açıqlayıb.
Onun sözlərinə görə, bu gün Polşa qırıcıları yenidən Amerikanın B-52 bombardmançı təyyarəsini müşayiət edib.
Qeyd edək ki, "FlightRadar" məlumatlarına görə, Amerika bombardmançı təyyarəsi Rusiya sərhədi yaxınlığında uçub.
Ağarza Elçinoğlu