Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilib ki, yeraltı təkanların ocağı 7,7 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 16:31-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.