Bu il martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1 % artaraq 719 min olub.
"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yanvar-fevral aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 % artaraq 41,1 min təşkil edib.
2 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,6 % artaraq 190,4 minə çatıb.