Çin prezidenti Si Cinpin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Danışıqlar zamanı Rusiya və Çin liderləri hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcək, beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar.

Danışıqların yekununda tərəflər bir sıra mühüm ikitərəfli sənədlər imzalayacaqlar.

Ağarza Elçinoğlu