"Ukraynadakı hərbi münaqişəyə bir günə son qoya bilərəm".
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
O, Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında danışıqlar apara biləcəyini iddia edib.
Eyni zamanda Tramp 2024-cü ildə keçiriləcək növbəti ABŞ prezident seçkilərinə qədər münaqişənin həllinin mümkün olmayacağını deyib.
"Mən tamamilə dağıdılmış şəhərlərin fotolarını görmüşəm. Onların dediklərindən daha çox insan həlak olub və yaralanıb", - eks-prezidenti bildirib.
Ağarza Elçinoğlu