"Azərbaycanda avtomobillərin böyük əksəriyyəti köhnə avtomobillərdir".

"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə Milli Məclisdə komitə iclasında deyib.

O bildirib ki, Azərbaycanda 1.7 milyondan çox avtomobil var. O əlavə edib ki, həmin avtomobillərin 60-65 faizinin istehsal müddəti 20 ildən artıqdır.

Anar Kəlbiyev