1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Lənkəranda açıq havada Uşaq Kitab Festivalı keçirilib.

"Unikal" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov festivalda iştirak edib, kitab sərgisi ilə tanış olub və  uşaqlarla söhbət edib, onları bayram günü münasibətilə təbrik edib. 

Qeyd edək ki, 4 gün davam edəcək festivalda 10 mindən çox uşaq ədəbiyyatına aid kitabların endirimli qiymətlərlə satışı həyata keçiriləcək. Bundan başqa, festival çərçivəsində uşaqlar üçün master-klaslar, “faceart”, əyləncəli və hədiyyəli oyunlar təşkil olunacaq.