"Rusiya Qərb kimi davranmır və digər ölkələrin daxili siyasi proseslərinə qarışmır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə prezident seçkilərində müxalifətin namizədi Kamal Kılıçdaroğlunun bəyanatlarına münasibət bildirərkən deyib. 

O, Kılıçdaroğlunun "Rusiya seçki proseslərinə müdaxilə edir" sözlərinə cavab verərkən bildirib: "Biz əlaqələrimizin bütün spektrini inkişaf etdirmək üçün Türkiyə tərəfi ilə əlaqələndirilmiş işi davam etdirmək niyyətindəyik. Bir daha deyirik ki, biz kollektiv Qərbdən nümunə götürmürük və başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd etmirik. Biz bu seçkiyə hörmətlə yanaşırıq", - Rusiya XİN nümayəndəsi əlavə edib.

Ağarza Elçinoğlu